Bakını bir-birinə qatan motosikletçi həbs edildi - VİDEO

12:14 - 20 Mart 2025

Bakını bir-birinə qatan motosikletçi həbs edildi - VİDEO

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.

 

Manset.az xəbər verir ki, bu barədə BŞBPİ-nin DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

Bildirilib ki, idarə əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F. Məmmədovun sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılıb və o, 2 ay inzibati qaydada həbs edilib.

Onunla birgə yol hərəkəti qaydalarını pozan digər sürücünün də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin