2 istiqamətdə mövqelərimiz atəşə tutuldu
20 Mart 2025
11:32 - 20 Mart 2025
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
Manset.az xəbər verir ki, müraciətdə deyilir:
"Novruz bayramı günlərində işğaldan azad olunmuş torpaqlarımıza səfər etmək istəyən əziz vətəndaşlar, ölkəmizin xarici qonaqları əmin ola bilərsiniz ki, həmişə olduğu kimi, bu dəfə də polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirəcək, bayramınızın təhlükəsiz, xətasız, bəlasız keçməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq.
Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir.
Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.
Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin