Şəmkirdə fərdi yaşayış evi yandı

20:33 - 19 Mart 2025

Şəmkirdə fərdi yaşayış evi yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərindən birinə məxsus 200 kv/metr olan fərdi yaşayış evində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin