İsrail ordusu HƏMAS-ın 2 liderini öldürdü

20:30 - 19 Mart 2025

İsrail ordusu  HƏMAS-ın 2 liderini öldürdü

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağında radikal hədəflərə endirdiyi zərbələr nəticəsində HƏMAS-ın siyasi bürodakı təhlükəsizlik naziri Yasir Hərb Musanı və radikal təşkilatın fövqəladə hallar komitəsinin rəhbəri Məhəmməd Camatsini öldürüb.

 

Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son sutka ərzində endirilən zərbələr zamanı ordu HƏMAS-ın siyasi bürosunda təhlükəsizlik naziri vəzifəsində çalışmış və terror təşkilatının icra komitəsində inkişaf naziri olmuş terrorçu Yasir Hərb Musanı, həmçinin HƏMAS terror təşkilatının Qəzzadakı fövqəladə komitəsinin sədri, həmçinin siyasi büroda mühüm vəzifələrdə çalışmış terrorçu Məhəmməd Camatsini öldürüb”, - bəyanatda deyilir.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin