Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü

09:30 - 20 Mart 2025

Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib. 

Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir. 

Siyavuş Novruzov Manset.az-a açıqlamasında bu barədə məlumatı təsdiq edib.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin