CHP-li deputatlar etiraz aksiyası keçirdilər

18:25 - 19 Mart 2025

CHP-li deputatlar etiraz aksiyası keçirdilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Halk Partiyasından (CHP) olan deputatlar etiraz aksiyası keçiriblər.

 

Manset.az CNN Türk-ə istinadən xəbər verir ki, CHP-nin parlament qrupunun sədr müavini Əli Mahir Başarır cari məsələlərlə bağlı müzakirələr zamanı çıxış edərək, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib.

"Təəssüflə bildirirəm ki, bu gün səhər saatlarında 20 maşından ibarət polis karvanı İstanbul Böyükşəhər Bələdiyyəsi sədrimizin evinə gəlib. Vəkillərimiz və deputatlar evə girə bilmədi. O dəqiqədən sonra şəhərin Avropa tərəfindəki metrolar ləğv edildi, internet zəiflədi. Bu əməliyyatların bu gün həyata keçirilməsinə təəssüflənirəm”.

Başarır baş verənləri “ dövlət çevrilişi” ilə eyniləşdirib.

Onun çıxışı zamanı CHP-nin digər millət vəkilləri də kürsüyə çıxıb.

CHP-li millət vəkilləri “Ədalət, qanun, haqq”, “Birləşərək qalib gələcəyik” şüarları səsləndiriblər.

DEM Partiyasının millət vəkilləri də ayağa qalxaraq CHP-lilərə dəstək veriblər.

TBMM sədrinin müavini Sırrı Süreyya Öndər iclasa 20 dəqiqəlik fasilə verib. Lakin fasilədən sonra da CHP-nin deputatları tribunanı tərk etmədikləri üçün iclas sabaha qədər təxirə salınıb.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin