Bu ölkədə daşqınlar səbəbindən 2 nəfər öldü

17:42 - 19 Mart 2025

Bu ölkədə daşqınlar səbəbindən 2 nəfər öldü

İspaniyada leysan yağışların səbəb olduğu daşqınlarda iki nəfər ölüb. 

 

Manset.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, daşqınlar səbəbindən yüzlərlə insan təxliyə edilib.

Malaqadakı Qvadalhors və Kampanillas çayları güclü yağışdan sonra daşaraq küçə və prospektləri su basıb. Daşan çayların ətrafındakı ərazilərdə məktəblər bağlanıb və təcili yardım xidmətləri 370-ə yaxın evi təxliyə edib.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin