ADU-da Novruz şənliyi keçirildi - FOTOLAR

17:45 - 19 Mart 2025

ADU-da Novruz şənliyi keçirildi - FOTOLAR

Martın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib. Xalqımızın hər il böyük maraq və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.

 

Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara can sağlığı və işlərində uğurlar arzu edib:

“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi!  Novruz bayramınız mübarək! Sizi bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə sağlıq, xoşbəxtlik arzu edirəm.

Qoy ocağımız daima isti olsun, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Mənim təbriklərimi ailənizə, doğmalarınıza da çatdırmağınızı xahiş edirəm”.

Tədbirdə müxtəlif kafedraların, dekanlıqların hazırladıqları bayram süfrəsi, həmçinin bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub.

Tələbələrin hazırladıqları konsert proqramı təqdim olunub.

Sonda Novruz tonqalı qalanıb.



Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin