Adil Kərimli vətəndaş qəbulu keçirdi - FOTOLAR

17:29 - 19 Mart 2025

Adil Kərimli vətəndaş qəbulu keçirdi - FOTOLAR

Azərbaycan mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib.


Bu barədə Manset.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşların müraciətləri, əsasən, əməyin qiymətləndirilməsi, işlə təmin olunma, tarixi-mədəni irslə, yaradıcılıqla bağlı layihələrə kömək göstərilməsi, tanınmış şəxsiyyətlərin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər diqqətlə dinlənilib və araşdırılması üçün qeydiyyata alınıb. Qaldırılan bir sıra məsələlərlə bağlı konkret addımların atılması üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.



Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin