Prezidentdən Novruz bayramı ilə bağlı PAYLAŞIM
19 Mart 2025
17:25 - 19 Mart 2025
İsveçrə parlamentinin Milli Şurası (böyük palata) Kiyevə 4,8 milyard İsveçrə frankı (5,5 milyard dollar) məbləğində əlavə humanitar yardımın ayrılması ilə bağlı iki eyni təklifin əleyhinə səs verib.
Manset.az xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, 111 şura üzvü təkliflərin əleyhinə, 73 nəfər lehinə, 4 nəfər isə bitərəf qalıb. Sosial Demokratlar və Yaşıl Liberallar arasından olan təşəbbüskarlar İsveçrənin bir sıra ölkələrə ayırdığı humanitar yardım fondlarından Ukraynaya əlavə vəsaitin ayrılmasını müdafiə ediblər.
İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassisin sözlərinə görə, hər iki təklif parlamentə iki il əvvəl daxil olub və o vaxtdan bəri İsveçrə hakimiyyəti artıq Kiyevə xeyli vəsait ayırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin