Zelenski Trampla danışmağı planlaşdırır

14:36 - 19 Mart 2025

Zelenski Trampla danışmağı planlaşdırır

Vladimir Zelenski bildirib ki, bu gün ABŞ prezidenti Donald Trampla telefon danışığı planlaşdırılıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, onlar ABŞ lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar zamanı əldə olunan razılaşmaları müzakirə edəcəklər.

"Mən bu gün prezident Trampla təmasda olacağam. Bu gün onunla növbəti addımların təfərrüatlarını müzakirə edəcəyik. Ciddədə komandalarımızın həqiqətən yaxşı görüşü oldu. Düşünürəm ki, Putinlə söhbətinin təfərrüatlarını ondan eşidəcəm".


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin