Bu tarixdə ilin ilk Günəş tutulması olacaq

14:30 - 19 Mart 2025

Bu tarixdə ilin ilk Günəş tutulması olacaq

Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.


Bu barədə Manset.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd edilib ki, bu hadisə 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Belə ki, martın 29-u saat 12:50:35-də başlayıb saat 16:43:25-də sona çatacaq.

Tutulma maksimum saat 14:48:36-da olacaq. Qismən tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu, yalnız Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Qeyd edək ki, Günəş tutulması adi astronomik hadisədir. Heç bir canlı üçün təhlükə törətmir.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin