Onların da maaşı artırıldı - Ayda 2611 MANAT
19 Mart 2025
13:16 - 19 Mart 2025
"44 günlük müharibədən dərhal sonra, Ermənistan yeni bir müharibəyə hazırlığa başlayıb. Son 4 ildə hərbi təchizat və hazırlıq baxımından Ermənistanın ordu qurması açıq şəkildə görünürdü. Lakin son bir ildə bu proses tamamilə yeni bir mərhələyə qədəm qoyub. Ermənistan hesab edirdi ki, Avropada Fransanın, Amerikada isə Bayden administrasiyasının dəstəyi ilə yeni bir müharibə başlada bilər və özünə müəyyən mənada qələbə təmin edə bilər".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Amerikanın və Fransanın bəzi nüfuzlu dairələri, həmçinin Cənub qonşumuz da Ermənistanı müharibəyə dəstəkləyirdi:
"Çünki Azərbaycanın qələbəsi onların təhlükəsizliyi üçün təhdid hesab edilirdi. Son günlərdə isə biz bunun təzahürlərini görürük. Azərbaycanın mövqelərinin atəşə tutulması, Ermənistanın sülh müqaviləsi razılaşdırılsa belə, bu sənədi qəbul etməyəcəyini və müharibəyə hazırlaşdığını göstərir. Bu səbəbdən, Ermənistanın yeni müharibəyə başlama ehtimalı yüksəkdir. Nəticə etibarilə, bu gün dünyada qəfildən başlayıb artan müharibələrə şahidlik edirik. Müharibənin başlama ehtimalı realdır. Hətta Ermənistanla sülh sazişi imzalansa və ya bir sülh müqaviləsi olsa, kommunikasiyalar açılsa belə, Ermənistan özünü güclü hiss etdiyi vaxt Azərbaycana qarşı müharibəyə başlama ehtimalı qalacaq. Heç bir sənəd və ya iqtisadi-kommunikasiya əlaqələri Ermənistanın bu şiddətli arzularının qarşısını ala bilməz".
Deputat qeyd edib ki, Ermənistanı müharibədən çəkindirə biləcək yeganə vasitə Azərbaycan ordusunun gücü ola bilər.
"Nə qədər ki, bu güc mövcuddur, Ermənistanın müharibəyə başlaması çətin olacaq. Lakin bütün hallarda, Ermənistanın Azərbaycanla qarşıdurmada müharibəyə hazırlıq içində olduğu və hazır olduğunu hiss etdiyi anda bu addımı atacağı gözlənilir".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin