Onların da maaşı artırıldı - Ayda 2611 MANAT
19 Mart 2025
11:14 - 19 Mart 2025
ABŞ prezidenti Donald Trampın göstərişi ilə keçmiş ABŞ prezidenti Con Kennedinin qətli ilə bağlı 1123 məxfi sənəd ictimaiyyətə təqdim edilib.
Manset.az xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, Kennedinin qətli ilə bağlı məxfi sənədlər Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən ictimaiyyətə təqdim edilib.
ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı məxfi sənədləri ictimaiyyətə açıqlayacağını vəd edən ABŞ prezidenti Donald Tramp sözünün üstündə durub.
Əksəriyyəti sui-qəsdlə bağlı ibtidai istintaqla bağlı olan 1123 PDF fayldan ibarət sənədlərin ilkin olaraq ictimaiyyətə açıqlandığı, böyük ölçüdə olduğuna görə bütün sənədlərin dərci prosesinin bir neçə gün çəkəcəyi bildirilib.
Yanvarın 20-də rəsmi olaraq vəzifəsinin icrasına başlayan Tramp yanvarın 23-də Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını şərtləndirən sərəncam imzalayıb. Sözügedən fərmanda Kennedinin, onun qardaşı Robert Kennedinin və insan haqları müdafiəçisi Martin Lüter Kinqin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasının nəzərdə tutulduğu ictimaiyyətə çatdırılmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin