Məşhurların həyatını kabusa çevirdi - həbs olunmadı...

22:25 - 18 Mart 2025

Məşhurların həyatını kabusa çevirdi - həbs olunmadı...

Türkiyədə 19 yaşlı E.G adlı şəxs özünü pərəstişkar kimi göstərərək bir çox məşhurun həyatını kabusa çevirib.

Məşhur şəxslər ard-arda İstanbul İl Əmniyyət Müdirliyinə şikayət ediblər.

 

Manset.az Sabah qəzetinə istinadən xəbər verir ki, E.G. ilk olaraq məşhur müğənni Bengünün meneceri və vəkili ilə əlaqəyə keçib. Özünü Bengünün pərəstişkarı kimi təqdim edən E.G. pulsuz konsert bileti tələb edib və “Mənimlə foto çəkdirməsini istəyirəm” deyib. Lakin tələbi rədd edilən E.G. bu durumu obsessiyaya çevirib.

“Panelçilər” adlanan şəxslərdən müğənninin ev ünvanı və şəxsi məlumatlarını öyrənən E.G. fərqli telefon nömrələri alaraq yemək sifariş tətbiqlərində saxta hesablar yaradıb. O, gecə saatlarında müğənninin evinə ardıcıl olaraq yemək sifarişləri göndərib.

Eyni üsulla məşhur aktrisa Buçe Kahraman və müğənni Melis Fisə də yaxınlaşan E.G., onların da tələblərini rədd etməsi səbəbilə evlərinə gec saatlarda yemək sifarişləri göndərib.

“Mənimlə görüşün. Foto çəkin. Polis məni tapa bilməz” deyən E.G.-nin aktyorların serial çəkilişlərinə getdiyi, müğənnilərin isə konsert yerlərini taparaq yanlarına getdiyi iddia olunur.

Cemre Baysel də E.G.-dən şikayətçi olan məşhurlardandır. O, aktrisanın serial çəkilişlərinə gedərək özünü pərəstişkar kimi təqdim edib, lakin film setinə buraxılmayıb. Daha sonra setə gizlicə girən E.G. Bayselin karavanını izləyərkən aktrisa tərəfindən aşkar edilib.

Cemre Bayselin də şikayəti ilə İstanbul Kiber Cinayətlərlə Mübarizə Şöbəsi hərəkətə keçib. E.G., yaxalanmamaq üçün otellərdə qalaraq tez-tez ünvan və telefon nömrəsini dəyişib, lakin Kağıthanədəki bir oteldə nəhayət polis tərəfindən saxlanılıb.

İP ünvanı müəyyən edilərək həbs edilən E.G. yemək sifarişlərini göndərən şəxsin özü olmadığını iddia edib. Daha əvvəl də fərqli cinayətlərdən dolayı saxlanılan E.G. “məhkəmə nəzarəti” şərti ilə sərbəst buraxılıb.



Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin