AMEA-nın 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19 Mart 2025
21:31 - 18 Mart 2025
“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.
Manset.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.
Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.
Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin