AMEA-nın 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19 Mart 2025
18:37 - 18 Mart 2025
Ucarda güçlü yanğın baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisindəki bələdiyyəyə məxsus açıq ərazidə qeydə alınıb.
Təqribən 2,5 hektar ərazidə olan kol-kos və yabanı ağaclar yanıb. Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Havanın nisbətən küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb və əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yaxınlıqdan keçən kanalın kənarındakı quru kol- kosun yandırılması olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin