Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
13:47 - 28 İyun 2021
"O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi var idi. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi”.
Manset.az xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində Azərbaycanın xalq artisti, müğənni Sərxan Sərxan deyib:
"Onların da təqsiri yoxdur. Çünki bu yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər.
Əvvəllər rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur.
Bu, o demək deyil ki, onlar konsertləri sevmirlər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdir, 90-cı illərdə küçələr yaman gündə idi”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin