AMEA-nın 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19 Mart 2025
17:57 - 18 Mart 2025
Məlum olduğu kimi, 2025–2026-cı illər ərzində Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilir.
Manset.az xəbər verir ki, martın 18-də attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub.
Əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri Cəsarət Valehov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və digər şəxslərin iştirakı ilə toplantı keçirilib.
Səadət Yusifova bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası onların ixtisasına, sənətinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə həyata keçirilir.
Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib. Bildirib ki, hazırda Bakı Xoreoqrafiya Akademiyasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyası davam edir. İlkin mərhələdə ümumilikdə 4100 müəllimin peşəkarlıq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.
Bədii təhsil və mədəniyyət ocaqlarının rəhbərləri çıxışlarında müəllimlərin peşəkar bacarıqlarının ölçülməsinin əhəmiyyətini vurğulayıb, prosesin şəffaf və obyektiv təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkür ediblər.
Daha sonra qonaqlar və media nümayəndələri attestasiya prosesini canlı şəkildə izləyiblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin