Bu ölkədə yeni növ koronavirus aşkarlandı

16:08 - 18 Mart 2025

Bu ölkədə yeni növ koronavirus aşkarlandı

Alimlər Braziliyada yaşayan yarasalarda yeni növ koronavirus aşkarlayıblar .

 

Manset.az xəbər verir ki, bu barədə "The İndependent" məlumat yayıb.

Yeni koronavirusun ilk dəfə 2012-ci ildə Yaxın Şərqdə müəyyən edilmiş Mers-CoV virusu ilə genetik ardıcıllıqla təxminən 72 faiz oxşarlığa malik olduğu aşkar edilib. 2014-cü ildə bu növ koronavirus Səudiyyə Ərəbistanında 283 nəfərin ölümünə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2613 Mers-CoV infeksiyasına yoluxma faktı təsdiqlənib, 943 nəfər ölüb. Braziliyalı alimlərin qeyd etdiyi kimi, yeni növ koronavirusun insanlara yoluxma qabiliyyətinin olub-olmadığını hələ deyə bilmirlər, lakin belə bir potensial görürlər. Alimlər bu il tədqiqatlarını Honq-Konqdakı laboratoriyalarda davam etdirmək niyyətindədirlər.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin