AMEA-nın 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
18 Mart 2025
15:39 - 18 Mart 2025
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrailin Qəzza zolağına yenidən hücumlarını pisləyib və anklavda baş verənlərə görə ABŞ-ni günahlandırıb.
Manset.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir:
"Xarici İşlər Nazirliyinin nümayəndəsi bu hücumları işğal olunmuş Fələstin ərazisində soyqırım və etnik təmizləmənin davamı adlandırıb və rejimin törətdiyi cinayətlərə görə ABŞ hökumətinin məsuliyyətinə işarə edib".
Martın 18-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a məxsus hədəflərə böyük zərbələr endirdiyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edib. Ofis İsrailin Qəzzəyə endirdiyi zərbələrin məqsədinin bütün girovları azad etmək olduğunu və bundan sonra İsrail əsgərlərinin HƏMAS-a qarşı “artan hərbi güclə” hərəkətə keçəcəyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin