Rusiyanın sülh sazişini imzalamaq üçün tələbləri bilindi

23:40 - 17 Mart 2025

Rusiyanın sülh sazişini imzalamaq üçün tələbləri bilindi

Rusiya Ukrayna ilə bağlı sülh sazişi imzalamaq üçün təhlükəsizlik təminatları tələb edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlama verib. O bildirib ki, sülh sazişi möhkəm təhlükəsizlik təminatlarını əhatə etməlidir. Rusiyanın “İzvestiya” qəzetinə danışan Aleksandr Qruşko bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesi xarici çərçivəyə malik olacaq.

O, “Biz dəmir kimi möhkəm təhlükəsizlik zəmanətlərinin bu müqavilənin bir hissəsi olmasını tələb edəcəyik. Çünki Ukraynada davamlı sülhə nail olmaq və ümumilikdə regional təhlükəsizliyi gücləndirmək yalnız bu təminatların yaradılması ilə mümkün olacaq. Bu təminatların bir hissəsi Ukraynanın neytral statusu və NATO ölkələrinin onu alyansa üzv qəbul etməkdən imtina etməsi olmalıdır” - deyə bildirib.


Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin