Bu gün ilaxır çərşənbədir
18 Mart 2025
17:43 - 17 Mart 2025
Müğənni Dəniz Əsədovaya hökm oxunub.
Manset.az Lent.az-a istinadən yazır ki, vəkillərdən birinin şikayəti əsasında Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovaya cəza verilib.
Məhkəmənin hökmü ilə Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Bundan başqa, Dəniz Əsədova vəkillər Asim Abbasov və Cavidan Osmanlını da təhqir etməkdə və onlara böhtan atmaq təqsirləndirilir. Həmin işə də Binəqədi Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, Dəniz Əsədova daha əvvəllər CM 178-ci ( Dələduzluq) və 147, 148 ci maddələri ilə məhkum olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin