Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
17 Mart 2025
16:39 - 12 Mart 2025
İnformasiya-komunikasiya texnologiyaları, cəmiyyətin inkişafına hərtərəfli təsir göstərir. Təhsil, iqtisadiyyat, ünsiyyət, səhiyyə və digər sahələrdə inqilabi dəyişikliklərə səbəb olmaqla, cəmiyyətin inkişafını daha sürətli və daha effektiv edir. Lakin, bu texnologiyaların düzgün və etik şəkildə istifadəsi vacibdir. Cəmiyyətin inkişafı üçün İKT-nin imkanlarını mənimsəmək və sosial məsuliyyətlə istifadə etmək əhəmiyyətlidir. Azərbaycanda da bu səhə cəmiyyətin həyatında mühüm rol oynayır.
Mövzu ilə bağlı Manset.az-a danışan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, müasir cəmiyyətlərin inkişafının əsas göstəricilərindən biri, informasiya-komunikasiya texnologiyalarının inkişafıdır:
"Çünki cəmiyyət, elektron sistemlər, məlumatların yayılması və xidmətlərin təşkili birbaşa İKT ilə əlaqəlidir. Buna görə də, BMT-nin inkişaf indeksini müəyyənləşdirən ekspertlər, cəmiyyətdə İKT-nin nə qədər yer tutmasına əsaslanaraq, həmin cəmiyyətin inkişaf göstəricilərini müəyyən edirlər.
Əlbəttə, bu məsələyə media da daxildir. Texnoloji sistemlər düzgün işlədikdə, məlumatın əldə olunması, yayılması və rahat şəkildə ötürülməsi birbaşa İKT ilə bağlıdır.
Qulu Məhərrəmli qeyd edib ki, ümumiyyətlə, texnologiya bəşəriyyətin inkişafının ən vacib elementlərindən biridir:
"Məsələn, ictimai həyatı və fərqli sahələri təhlil edərkən, sivilizasiya anlayışına rast gəlirik. O dövrün texnoloji nailiyyətləri və yanaşmaları, həmin dövrün sivilizasiyanın başlanğıcı sayılır. Bu baxımdan, bəşəriyyət elmi və texniki tərəqqinin ən yüksək səviyyəsinə çatıb. Bugün isə informasiya texnologiyalarının, süni intellektin inkişafı və internet şəbəkələrinin, media profillərinin bu qədər yayılması, texnoloji inkişafın birbaşa nəticəsidir".
Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov vurğulayıb ki, artıq informasiya və kommunikasiya texnologiyaları dünyada prioritet sahədir və bütün sahələr əhatə edir:
"Yəni ki, həm səhiyyəni, təhsili, iqtisadiyyatı, ekologiyanı, təbiət sahələrini, kənd təsərrüfatı və digər sahələri informasiya və kommunikasiya texnologiyaları əhatə edir.
Bu, o deməkdir ki, artıq bütün sahələr komputer və komputer texnologiyaları ilə idarə olunur. İnformasiya texnologiyaları bütün sahələrə tam olaraq töhvə verir. Bütün bunların fonunda biz deyə bilərik ki, informasiya texnologiyaları cəmiyyətin hər təbəqəsində, istər iş fəaliyyətində, istər sosial fəaliyyətlərdə, bilirsiniz, artıq rəqəmsal media, sosial media və bir çox insanın sosial sahədə istifadə etdiyi, artıq münasibətlər qurduğu, onlayn konferanslar etdiyi və həm də biznesdə müxtəlif alətlər var ki, bunlar hər birisi rəqəmsal texnologiyalarla tənzimlənir.
Azyaşlılar üçün başqa informasiya texnologiyaları ilə onların kontrol mexanizmləri həyata keçirilir. Məktəblilər üçün başqa bir texnologiyalarla onların təhsil həyatlarında tövbə verilir. Daha sonra biznes, iş həyatı və bütün sahələr üzrə. Nəticə etibarilə, informasiya psixologiyaları həyatın bütün istiqamətlərində insanlara tövbə verir, onun işini rahatlaşdırır. İnsanlara asudə vaxtını daha çox istifadə edə biləcək bir şərait yaradır".
Seyranə Quliyeva
6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin