Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
17 Mart 2025
15:26 - 17 Mart 2025
Azərbaycan Prezidenti İlham Əliyev şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu göndərib.
Manset.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli xanım Prezident,
Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin