Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
14:25 - 27 Noyabr 2021
İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved istintaqa cəlb olunub.
Manşet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.
Anyelli və Nedveddən başqa Turin təmsilçisinin keçmiş idman direktoru Fabio Paratiçi və Kommersiya departementinin 3 əməkdaşı da istintaq altındadır. İstintaq son üç mövsümün maliyyə hesabatlarına aiddir.
Məsələ ilə bağlı "qoca sinyora"nın Turin və Milandakı ofislərində axtarışlar aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin