Messi Bekhemdən onu istədi

14:00 - 17 Mart 2025

Messi Bekhemdən onu istədi

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi Fransa millisinin keçmiş üzvü Pol Poqbanı komandada görmək istəyir.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

37 yaşlı hücumçu klubun sahibi Devid Bekhemlə görüşüb. O, rəhbər şəxsdən Poqbanın transferini xahiş edib .

Poqba hazırda azad agentdir.

Xatırladaq ki, fevral ayının 29-da Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Oktyabrda isə fransalının diskvalifikasiya müddəti 18 aya endirilmişdi. Onun cəzası martın 11-də başa çatıb.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin