Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
17 Mart 2025
13:39 - 17 Mart 2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana ilk dəfə rəsmi səfərlər edəcək.
Manset.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Səfər 30 mart - 2 aprel tarixlərində baş tutacaq, Ştaynmayeri həyat yoldaşı Elke Büdenbender müşayiət edəcək.
Ermənistana səfər çərçivəsində prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşlər planlaşdırılır. Ştaynmayer həmçinin bir sıra mədəni tədbirlərdə iştirak edəcək.
Azərbaycanda Ştaynmayer rəsmi şəxslərlə görüşlər keçirəcək. Səfərin gündəliyinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna səfər və xristian, müsəlman və yəhudi dini icmalarının nümayəndələri ilə görüşlər daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin