Bu gün ilaxır çərşənbədir
18 Mart 2025
14:20 - 17 Mart 2025
"Ermənistanın atəşkəsi pozması bir tərəfdən onların ənənəvi mövqeyidir, çünki sakit dayanmaq istəmirlər. Bu məsələyə iki əsas mövqedən yanaşılmalıdır. Birinci xüsusi bir hal olaraq qiymətləndirilə bilər. Bu, Ermənistanın müxtəlif istiqamətlərdən ateşkəsi pozması və həmin ərazilərdəki Azərbaycanın mövqelərini, xüsusilə Azərbaycanın yüksəkliklərini nəzarət altına almağa çalışması ilə bağlıdır. Məsələn, Laçın ərazisindəki Zabux, Çaxazur yüksəkliyi Azərbaycanın nəzarətindədir və bu ərazilərdəki kəndləri Ermənistan yüksəkliklərdən nəzarətdə saxlayır".
Bu sözləri Manset.az-a açıqlamasında siyasi şərhçi Akif Nağı deyib. O bildirib ki, 2022-2023-cü illərdə də Ermənistan bir neçə dəfə təxribatlar törətməyə cəhd edib.
"Xüsusilə, Gorus rayonu ərazisindəki ateşkəs pozulub. Gorus, Azərbaycanın Laçın rayonunun yaxınlığında yerləşir. Laçın rayonu ərazisində Azərbaycan qüvvələrinin tutduğu mövqelərdən ehtiyat edirlər və narazıdırlar.
Ermənilər, Azərbaycanın bu yüksəkliklərdəki nəzarətini qəbul etmirlər və bu əraziləri yenidən əldə etmək istəyirlər. Bu, onların hərəkətlərinin əsas səbəbidir. Eyni zamanda, ümumi yanaşma olaraq, ermənilər, "Sülh Müqaviləsi"nin imzalanmasında maraqlı deyillər. Əgər belə bir müqavilə imzalansa, onlar faktiki olaraq məğlubiyyətlərini etiraf etmiş olacaqlar.
2020-ci ilin 10 noyabr bəyannaməsi Azərbaycan tərəfindən "kapitulyasiya aktı" olaraq qiymətləndirilir və faktiki olaraq reallıq da belədir. Ermənistan tərəfi həmin dövrdə sənədi imzalamamağa çalışmışdı. Amma nəhayət, Paşinyan həm Azərbaycan, həm də Rusiya təzyiqləri qarşısında bu sənədi imzaladı. İndi Sülh müqaviləsini imzalamaqla onlar tam kaputilyasiya aktını imzalamış olurlar.
Ona görə müqaviləni imzalamaqdan yayınırlar və vəziyyətin dəyişəcəyinə ümid edirlər. Onlar istəyirlər ki, müəyyən bir dövrdən sonra regionda situasiya dəyişə və Azərbaycana qarşı hər hansı bir hərəkətlərə təşəbbüs edə bilərlər. Buna görə də, onlar sülh müqaviləsini imzalamaqda maraqlı deyillər".
Akif Nağı qeyd edib ki, son açıqlamalarda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri bildirdilər ki, ermənilər sülh müqaviləsi ilə bağlı razılaşmanı qəbul edir:
"Amma, hətta sənəd imzalanarsa belə, ermənilər bu razılaşmanı pozmağa çalışacaqlar. Onlar təxribatlar törədərək, sülh prosesini pozmağa çalışacaqlar.
Bundan əlavə, ermənilər Avropa İttifaqının müşahidəçi qrupunun, Ermənistan tərəfindən nəzarət edilən bölgələrdə qalmasını istəyirlər. Onlar, bölgədə gərginlik yaradaraq, müşahidəçilərin bu ərazilərdə qalmasını və vaxtın uzadılmasını təmin etməyə çalışırlar. Beləliklə, ermənilər atəşkəsi pozaraq, sülh prosesini dayandırmağa çalışırlar və bu, əsasən, müəyyən təxribatlar ilə həyata keçirilə bilər".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin