Bu rayonda çoxmənzilli binalar təmir olunacaq - 1,5 milyonluq LAYİHƏ

11:17 - 17 Mart 2025

Bu rayonda çoxmənzilli binalar təmir olunacaq - 1,5 milyonluq LAYİHƏ

Salyan şəhərində abadlıq işləri və çoxmənzilli binaların təmiri ilə bağlı genişmiqyaslı layihə həyata keçiriləcək.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə bu məqsədlə Salyan Rayon İcra Hakimiyyəti tərəfindən açıq müsabiqə elan edilib.

Layihənin ümumi dəyəri 1 milyon 482 min 81 manat təşkil edir.

Müsabiqə çərçivəsində Salyan şəhərində müxtəlif abadlıq işləri və çoxmənzilli binalarda əsaslı və cari təmir aparılması nəzərdə tutulur.

Layihə çərçivəsində şəhərin abadlaşdırılması və binaların təmiri şəhər sakinlərinin rahatlığını artırmaq və infrastrukturun daha da inkişafını təmin etmək məqsədi daşıyır. 


Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin