21 yaşlı gənc anasının avtomobilini yandırdı

10:08 - 17 Mart 2025

21 yaşlı gənc anasının avtomobilini yandırdı

Türkiyənin Adana bölgəsində 21 yaşlı gənc telefon danışığında “psixoloji cəhətdən qeyri-sabitəm” dedikdən sonra anasının avtomobilinin üzərinə benzin tökərək yandırıb.

 

Manset.az xəbər verir ki, iddiaya görə, anası ilə telefonda danışarkən “psixoloji cəhətdən qeyri-sabitəm” deyərək söhbətini bitirib

Bir müddət sonra evə gələrək anasının avtomobilini yandırıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb. Avtomobilə baxış zamanı avtomobilin üzərinə benzin tökülərək yandırıldığı müəyyən edilib. Maşın yararsız hala düşüb.

Şübhəli dindirilmək üçün polis bölməsinə aparılıb.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin