Husilər ABŞ-nin təyyarə gəmisinə zərbələr endirdi

08:34 - 17 Mart 2025

Husilər ABŞ-nin təyyarə gəmisinə zərbələr endirdi

Yəmənin Husi hərəkatı Qırmızı dənizdə ABŞ-nin "Harri Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbə endirib.

 

Manset.az xəbər verir ki, bu barədə Hərəkatın məlumatına görə,Yəmənin Əl-Məsirə telekanalı tərəfindən yayılan bəyanatda deyilir.

“24 saat ərzində ikinci dəfə Qırmızı dənizin şimalında Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisini vurduq. Bir neçə saat davam edən hücum bir neçə ballistik və qanadlı raketlər və İHA-lardan istifadə etməklə həyata keçirilib”.

Hərəkat bildirib ki, təyyarədaşıyan gəmiyə endirilən zərbələr ABŞ Hərbi Hava Qüvvələrinin Yəməndə endirdiyi zərbələrə cavabdır.


Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin