Hələ istifadə verilməyən yol narazılıq yaratdı - VİDEO

23:55 - 16 Mart 2025

Hələ istifadə verilməyən yol narazılıq yaratdı - VİDEO

Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri yekunlaşmaq üzrədir.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub.

Yol asfaltlanıb, xətlər çəkilib, amma avtomobil yolu körpüyə uyğunlaşdırılmayıb. Məhz bu səbəbdən həmin ərazidə tıxac və qəzalar qaçılmaz olacaq.
Sakinlərin sözlərinə görə, bütün bunlara səbəb Saray istiqamətində yolun üzərində iaşə obyektlərinin olmasıdır. Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, körpüdə tikiti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq.

“Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın”, - deyə icra hakimiyyətindən bildirilib.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin