Mehriban Əliyeva Rusiya rəsmisi ilə görüşdü

20:32 - 16 Mart 2025

Mehriban Əliyeva Rusiya rəsmisi ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Manset.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin