Azərbaycanın məşhur xalq artisti vəfat etdi - SON DƏQİQƏ
17 Mart 2025
20:20 - 16 Mart 2025
Məlum olduğu kimi, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisənin baş verməsinə səbəb isə təyyarənin Qroznı səmasında Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması olub. Fevralın 4-də qəza ilə bağlı ilkin istintaqın nəticələri açıqlanıb. İlkin istintaq təyyarənin kənar müdaxiləyə məruz qalması faktını təsdiqləyib. Lakin hadisə ilə bağlı araşdırmalar davam edir.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskova sorğu ünvanlayıb.
Peskovun sorğumuza cavabını olduğu kimi təqdim edirik:
“İstintaqı təyyarə qəzasının baş verdiyi ölkə aparır. Biz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həyatını itirib, iki ekipaj üzvü isə sağ qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin