Vasif Talıbov toylarda yeməyi qadağan edib? - RƏSMİ AÇIQLAMA

13:29 - 28 İyun 2021

Vasif Talıbov toylarda yeməyi qadağan edib? - RƏSMİ AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddialara münasibət bildirib.

Manset.az xəbər verir ki, daimi nümayəndəlikdən "Report"a bu informasiyaların əsassız olduğu qeyd edilib.

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", -məlumatda vurğulanıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin