Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
16 Mart 2025
15:27 - 16 Mart 2025
Sinoptiklərin məlumatına əsasən martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin