Valentina Matviyenko Azərbaycana gəldi - YENİLƏNİB

17:11 - 16 Mart 2025

Valentina Matviyenko Azərbaycana gəldi - YENİLƏNİB

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

14:58

 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlir.

 

Manset.az xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin