Cüdoçularımız Xorvatiyada daha 2 medal qazandı

12:29 - 16 Mart 2025

Cüdoçularımız Xorvatiyada daha 2 medal qazandı

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha 2 medal qazanıb.

Cüdo Federasiyasından Manset.az-a verilən məlumata görə, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.

Bununla, cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin