"Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər"

01:00 - 16 Mart 2025

Avropa Rusiya tərəfinin razılığı olmadan Ukraynaya qoşun yeridə bilər.

 

Manset.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Parisien” qəzetinə müsahibəsində deyib.

O, Ukraynanı suveren ölkə adlandırıb.

“Əgər Ukrayna müttəfiq qüvvələrin öz ərazisində olmasını xahiş edirsə, bunu qəbul edib-etməmək Rusiyanın səlahiyyətində deyil,” – Makron qeyd edib.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin