Zelenski Rusiyanın iddiasını təkzib etdi

21:25 - 15 Mart 2025

Zelenski Rusiyanın iddiasını təkzib etdi

“Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Prezident Volodimir Zelenski deyib.

“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil”, - dövlət başçısı bildirib.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin