Külli miqdarda borcu olan aktyor: "Məni öldürəcəklər!"

11:31 - 27 Noyabr 2021

Külli miqdarda borcu olan aktyor:

Aktyor Elməddin Cəfərov şəxsi həyatı ilə gündəmə gəlib.

Manset.az xəbər verir ki,  “ATV” kanalında yayımlanan "1 dəqiqə" proqramına qonaq olan aktyor illər əvvəl külli miqdarda borcu olduğunu və bunu ödəmədiyi təqdirdə öldürüləcəyini deyib:

“Bir problemi düzəltmək istəyəndə daha böyük problemə düşdüm. Hər şeyin bitdiyi bir an gəldi. Külli miqdarda borcum oldu. Buna həll olunmaz problem kimi baxırdım. Amma bir an gəldi və hər şey düzəldi.

1 il əvvəl evim, maşınım yox idi və külli miqdarda borcum var idi. Amma bir il sonra evim, son model avtomobilim oldu, borclarım da qurtardı. Lakin həmin vaxt demişdim ki, artıq mən bitdim. Zatən mənim nəsə etməyimə ehtiyac yox idi, məni öldürəcəkdilər”.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin