Orban Avropa İttifaqına 12 tələb irəli sürdü

14:15 - 15 Mart 2025

Orban Avropa İttifaqına 12 tələb irəli sürdü

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) 12 tələb irəli sürüb.

 

Manset.az xəbər verir ki, o bu haqda “X” sosial şəbəkəsində yazıb.

“Macar xalqı Brüsseldən nə tələb edir? Qoy sülh, azadlıq və birlik olsun”, - Orban bildirib.

Onun tələbləri arasında bütün Aİ-yə üzv ölkələrin qanun qarşısında bərabərliyi, millətlərdən alınmış səlahiyyətlərin bərpası, milli suverenlik və üzv hökumətlər üçün güclü veto hüququ var. Macarıstanın Baş naziri həmçinin korrupsioner lobbiçiləri parlamentdən xaric etməyə çağırıb.

Tələblər siyahısında Ukrayna məsələsi ilə bağlı çağırış da var. Xüsusilə, baş nazir “Avropada sülh və Ukraynasız birlik” tələb edib.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin