Yeni təhlükəli COVID ştammının adı bəlli oldu

10:38 - 27 Noyabr 2021

Yeni təhlükəli COVID ştammının adı bəlli oldu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron” adı verib.

Manset.az xəbər verir ki, təşkilatın bəyanatında B.1.1.529 ştammı "narahatlıq doğurucu variant” kimi qiymətləndirilib və mövcud PCR testlərinin koronavirusun bu ştamını aşkarlaya biləcəyini vurğulanıb.

Qeyd edək ki, hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honq-Konqa və Belçikada tapılıb.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin