Qadın sürücü qəza törətdi - Yaralanan var

09:33 - 15 Mart 2025

Qadın sürücü qəza törətdi - Yaralanan var

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin