“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov
15 Mart 2025
09:25 - 15 Mart 2025
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Rəsmi İrəvan da Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib. Bu məqamda sülh müqaviləsinin imzalanacağı yerin hara olacağı da maraqla gözlənilir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələyə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov münasibət bildirib.
XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran Elnur Məmmədovun sözlərinə görə, bundan sonra rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir.
İki ölkə arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsinə gəlincə, dövlət rəsmisi bunun hələ tez olduğunu bildirib. Nazir müavini əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin