Azərbaycan nefti kəskin ucuzlaşdı

09:51 - 27 Noyabr 2021

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb.

Manset.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,91 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin