Bəşir Süleymanlı və və Altay Məmməd həbs edildi - YENİLƏNİB

21:56 - 14 Mart 2025

Bəşir Süleymanlı və və Altay Məmməd həbs edildi - YENİLƏNİB

Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Altay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Altay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

***

21:45

 

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin