İŞİD-in Suriya və İraq üzrə rəhbəri öldürüldü

19:05 - 14 Mart 2025

İŞİD-in Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib.

Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin