“Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi”

17:20 - 14 Mart 2025

“Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi”

Xəbər verdiyimiz kimi, 14-16 mart tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.


Manset.az xəbər verir ki, martın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində konfransın rəsmi açılışı olub. Açılış mərasimindən sonra konfrans öz işini panel iclaslarla davam etdirib.

Günün ilk panel iclası “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” mövzusuna həsr olunub. Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə gerçəkləşən panel iclasında İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro əsas məruzəçi kimi çıxıb edib. Daha sonra Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, Qazaxıstanda Elmi Bərpa Laboratoriyasının yaradıcısı və rəhbəri, akademik, rəssam-bərpaçı Krım Altınbekov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Portuqaliyanın Tomar Politexnik Universitetinin professoru Sara Qarses mövzu ətrafında müzakirələr aparıblar.

Müzakirələr çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçirilib, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən edilib.



Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin